Cəmiyyət

Gizli görüntüləri yayılan məşhur aparıcı DANIŞDI: “Bunu ifşa edən günahkardır”

“Birini sevirsən, öpürsən. Bunu ifşa edən günahkardır, yoxsa mən günahkaram? Siz münasibətlərinizdə kitabxanada kitab oxuyursunuz? Heyif! Məncə, öpün, münasibət öpüşərkən gözəldir”.

Bu sözləri İsmail YK-nın əmisi oğlu Özkan Şen ilə bir müddət münasibətdə olan teleaparıcı Bircan Bali Armağan Çağlayanın “Zor ama Sor” verilişində şəxsi fotolarının sızması ilə bağlı bildirib.Bali proqramda səmimi etiraflar edib: “Mənim heç bir dostum qalmadı. Verilişimlə əlaqədar hər zaman bir fikrim var. Dayana bilmirəm. Biznesi ticarətə çevirdim. İnstaqramda nəsə yazıramsa, pul alıram. Əgər nəyisə tövsiyə edəcəyəmsə, qarşılığında pul alıram. Ən böyük arzum isə siyasətə gəlməkdir”.

Back to top button