Saturday, November 23, 2024

Latest Posts

İstəsəniz də HEÇ VAXT SƏYAHƏT EDƏ BİLMƏYƏCƏYİNİZ 5 yer… –  SƏBƏBLƏR VƏ GÖRÜNTÜLƏR

Dünyanın bir çox yerinə səyahət etmək istəyirik və planlaşdırırıq. Lakin dünyada nə qədər istəsəniz də səyahət edə bilməyəcəyin yerlər mövcuddur. Showaz.net Referans.az-a istinadən belə yerləri sizin üçün paylaşır. 

51-ci bölgə, ABŞ

Dünyanın ziyarətçilərə qapalı olan, ən çox söz-söhbətə səbəb olan ərazilərdən biri də 51-ci ərazidir. Amerikanın Nevada ştatında yerləşən 51-ci sahə səhranın ortasında yerləşir. ABŞ-ın gizli bazası ilə bağlı çoxlu müəmmalı iddialar var. Bunlardan ən populyarı ABŞ-ın bu bölgədə yadplanetlilərlə əlaqə saxlamasıdır. 1947-ci ildə bu əraziyə UNO-nun (uçan naməlum obyekt) düşdüyü iddia edilir. Bölgədə yadplanetlilərlə bağlı bir çox kritik araşdırmalar aparılarkən, UNO-larla fərqli texnologiyaların işlənib hazırlanması ilə bağlı söz-söhbətlər dünyaya yayılıb. 51-ci sahəyə uzaqdan baxdıqda anqarlar və uçuş zolaqları görünür. Bu mənzərə yerin altında müxtəlif komplekslərin olduğu iddiasına əsas verir. Yalnız müəyyən zabitlərin girə biləcəyi bu bazaya kənardan kimsə yaxınlaşsa, onlara atəş açılacağı barədə xəbərdarlıq da var.

Qapalı Maraş, Kipr

Qapalı Maraş bütün dünyada böyük maraq doğuran bir bölgədir. Əsl adı Varoşa olan Maraş əhəmiyyətli bir turizm kurortu olaraq çoxlu turisti qəbul edirdi. Hətta iş o yerə çatıb ki, Hollivud ulduzlarının bölgəyə səfər etdiyi məlum olub. 1960-cı ildə Maraşda turizm sektorunun inkişaf etdiyi və mövcud otel sayının çox yüksək olduğu bildirilir. 70-ci illərdə 10 min adamı qəbul etmək tutumuna çatan Maraş, ən parlaq dövrünü yaşadı. 13 avqust 1974-cü ildə Türkiyə Silahlı Qüvvələri Kipr əməliyyatı nəticəsində bölgəni ələ keçirdi. Bununla da, Maraş avqustun 14-dən mülki şəxslərə bağlıdır. Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan bölgədə bir çox bina talan edilib və hələ də xarabalıqdadır.

Lascaux mağarası

Özünəməxsus mağara rəsmləri ilə tanınan Lascaux mağarası ən qədim sənət əsərlərini özündə cəmləşdirib. Bu rəsmlər 1940-cı illərdə ətraf kəndlərdən uşaqlar oynamaq üçün mağaraya girən zaman aşkar edilib. İçərisində təxminən 20.000 il yaşı olan mağara rəsmlərinin olduğu və bu rəsmlərdə heyvan fiqurlarının olduğu müəyyən edilmişdir. Lazımlı arxeoloji araşdırmalardan sonra 1948-ci ildə Lascaux Mağarası ictimaiyyətə açıldı, lakin təəssüf ki, bu tarixi bölgənin sıx ziyarətçi dövriyyəsini idarə edə bilmədiyi müəyyən edildi. 1963-cü ildə mağara ziyarətçilər üçün bağlandı. 1983-cü ildə Lascaux mağarasına bənzər mağara yaxınlıqda tikilmişdir.

Şimali Sentinel adası

“North Sentinel Island” nə qədər istəsəniz ziyarət edə bilməyəcəyiniz başqa bir yerdir. Şimali Sentinel adası Hind okeanında yerləşir. Hindistana bağlı olan adada Sentinel qəbiləsi və hindlilər yaşayır. Ada əhalisi dünyadan tamamilə təcrid olunmuş həyat sürür və kənardan gələn insanlarla ünsiyyətdən imtina edir! Bütün maşınlara və adaya yaxınlaşan insanlara oxlarla hücum edən qəbilə xarici dünya ilə əlaqəni tamamilə kəsib. İngilis və Hindistan antropoloqları illərdir ünsiyyət qurmağa çalışsalar da, təəssüf ki, yerli əhalinin aqressiv münasibəti onların işinə mane olur. Şimali Sentinel adası həm Sentinel qəbiləsinin dincliyi, həm də ziyarətçilərin təhlükəsizliyi üçün qapalı zona elan edilib.

Svalbard Qlobal Toxum Anbarı

Svalbard Qlobal Toxum Anbarı mümkün fəlakət ehtimalına qarşı Norveçdə yaradılıb. Dünyadakı bütün bitkilərin toxumları anbarda saxlanılır. Anbar əlverişsiz hava şəraitindən tutmuş nüvə hücumlarına qədər bir çox hadisəyə davamlı olmaq üçün tikilib. Növlərin müxtəlifliyini qorumaq və artırmaq məqsədi daşıyan anbar Norveçin qütblərə çox yaxın bir bölgəsində yerləşir. Təhlükəsizlik məqsədilə anbara işçilərdən başqa heç kim daxil ola bilməz.

Latest Posts

Don't Miss