Saturday, November 23, 2024

Latest Posts

Əhaliyə şad xəbər! İşıqpulu azalacaq

Bu tarixdən elektrik enerjisinin qiyməti UCUZLAŞACAQ

“Energetika haqqında” yeni qanunun qəbul olunmasının elektrik enerjisinin qiymətlərinə müsbət təsir göstərəcəyini düşünürük.

Bunu Trend-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

O bildirib ki, ötən gün komitənin iclasında müzakirə edilən və Milli Məclisin plenar iclasına tövsiyə edilən “Energetika haqqında” qanun layihəsi “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının qanunları arasında ümumiləşmə aparır, yəni bütün bu qanunlar bu qanuna istinad edəcək.

Komitə sədri vurğulayıb ki, bundan öncə “Elektroenergetika haqqında” qanunu qəbul ediləndə istehsal və satışın ayrılmasını məsələsi müzakirə olundu.

“2028-ci ildən başlayaraq elektrik enerjisinin satışı dövlət inhisarından çıxaraq tənzimləyici vasitəsilə tənzimlənəcək. Eyni zamanda daxili və xarici investorlar bu sahədə fəaliyyət göstərə biləcəklər, yəni elektrik enerjisinin satışı hissəsində. Amma ötürmə və paylama yenə də dövlətin inhisarında qalacaq. İstehsal isə sərbəst olacaq, misal üçün kimsə istəsə gəlib bir stansiya tikib, elektrik enerjisi istehsal edə və onu sərbəst şəkildə bazara sata biləcək. Ona görə də düşünürük ki, bazar rəqabəti olduğu üçün, yəni rəqabət mühitində elektrik enerjisinin qiymətləri aşağı düşməlidir”, – deyə S.Qurbanov bildirib.

O qeyd edib ki, əhalinin, ticarət obyektlərinin elektrik enerjisi təchizatçısını seçim imkanı olacaq. “Misal üçün insanların necə ki, mobil operatorları seçmək imkanı var, eyni qaydada elektrik enerjisi təchizatçısını seçmək imkanı olacaq. Əhali hansı şirkəti uyğun biləcəksə onunla müqavilə bağlayacaq və elektrik enerjisini onun tarifi ilə alacaq. Bu da əhalimizin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasında və eləcə də qiymət seçiminə imkan verəcək. Hazırda qiymət seçimi imkanı yoxdur, ancaq 2028-ci ildən sonra elektrik enerjisini almaqda qiymət seçimi də mümkün olacaq”, – deyə komitə sədri əlavə edib.

Qeyd edək ki, “Energetika haqqında” yeni qanunun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.

Latest Posts

Don't Miss