Türkiyəli müğənni Nilüfər koronavirusa yoluxub. Showaz.net axşam.az-a istinadən bildirir ki, yüksək qızdırma səbəbindən getdiyi xəstəxanada virusa yoluxduğunu öyrənən sənətçi artıq müalicəyə başlayıb.
Bu barədə o, sosial şəbəkədə bildirib:”Müalicəm xəstəxanada davam edir. Dəyərli həkimlərimizin səyi ilə sağalma prosesimi ən qısa zamanda başa çatdıracağam. Xəstəliyimə görə sentyabrın 22-də baş tutacaq konsertimi oktyabrın 14-nə təxirə salmalı oldum”.