Sentyabrın 19-da Füzulidə yol qəzasında həlak olan polis əməkdaşı, 1994-cü il təvəllüdlü Abdullayev Seyfi Fəqan oğlu dəfn edilib.
Axşam.az xəbər verir ki, o, Qəleybuğurd kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri iştirak ediblər.
Qeyd edək ki, 29 yaşlı Seyfi Abdullayev 6 ilə yaxın idi polis orqanlarında çalışırdı. Sentyabrın 22-də – doğum günündə Bakı şəhərində nişan mərasimi keçiriləcəkdi.