Mərhum Xalq rəssamı Tahir Salahovun qızı Alagöz Salahova vəfat edib.
Axşam.az xəbər verir ki, bu haqda onun yaxınları məlumat yayıb. Bildirilib ki, Alagöz Salahova ötən gecə dünyasını dəyişib.
Mərhumun oğlu Dan Sultanov “6 ay xəstəxanada yatdıq, müalicə olunduq… Xaricdə, sonra Bakıda. Amma yenə də… Bu gecə mənim anam, inanılmaz mehriban, istedadlı, müdrik insan dünyasını dəyişdi. Onun kimiləri yer üzünə göndərirlər ki, kimsə nəyisə başa düşsün, bəlkə mehribanlaşsın, bəlkə də müdrikləşsin” deyə, anası haqda yazıb.
A.Salahova sabah dəfn olunacaq.
Allah rəhmət eləsin!