“Mən xəyanətə dözdüm”.
Titul.az xəbər verir ki, bunu “Elit star” ləqəbi ilə tanınan müğənni Cəmilə efirdə deyib.
Cəmilə ərinin xəyanətinə niyə dözdüyünü bu sözlərlə izah edib:
“İki balamın xətrinə dözdüm. Onlar oğlan uşağıdır, məktəbdə, universitetdə sıxılmasınlar. Heç onlara bildirmədik ki, biz yola getmirik. Dözdük ki, o uşaqlar yaralı böyüməsin. Mən dözdüm, mən…
Ömrü boyu özümü ailəmə qurban vermişəm. İndi ayrılmışıq artıq. Uşaqlar indi deyirlər ki, bilirdik yola getmirdiniz. İndi heç olmasa gedin rahat yaşayın. Uşaqlarım çox “sabrimenni” uşaqlardır”.