İstanbulun Beylikdüzü rayonunda marketdən 15 min lirə (744 manat) dəyərində zeytun yağı oğurlayan şəxs saxlanılıb.
Türkiyənin IHA agentliyinə istinadən polisin apardığı araşdırma nəticəsində oğurluq edən şəxsin filmlərdə rol alan Ümit Gündeş olduğu müəyyən edilib.
Aktyor polis tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib./Sfera.az