Vasif Məhərrəmli qonağı olduğu “Həmin Zaur”da maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Showaz.net Titul.az-a istinadla xəbər verir ki, Əməkdar artist bildirib ki, Zaur Kamalın oğlu Bartunun kirvəsi məhz özüdür.
Vasif “Əvvəlki kirvəlik yoxdur, o keçmişdə qaldı. Əvvəlki kirvəlik adətləri artıq öz missiyasını bitirib”sözləri ilə fikirlərini davam etdirib.
Aparıcı Zaur Vasifin sözünə “Mən dedim ki, “xala-xala” oynamayacağıq. Nə mən sizə gələcəm, nə sən bizə. Nə mən sizə nəsə aparacam, nə sən bizə”, – fikirləri ilə reaksiya verib.
Qeyd edək ki, Vasif Məhərrəmli Ədalət Şükürov və Manaf Ağayevlə birgə ölkə şoubiznesində ən zəngin kişi müğənniləri sırasında yer alır.