Aparıcı Zaur Nəbioğlu yeni verilişi haqda yayılan söz-söhbətə cavab verib.
Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, o, yayılan xəbərləri təkzib edib.
“Bəsdirin də bu nə xəbərlərdi axı yazırsız? Mən heç kimlə aparıcılıq etməyəcəm, nə də axtarışda deyiləm. “Rəngarəng” olacaq və tək aparacam. Arada xəbərin mənbəyini də deyin, biz də bilək. Mənə elə gəlir ki, yuxuda nə görürsüz onu da yazırsız. Nədi, nədi xəbər yazasız. Ayıbdır”.
Xatırladaq ki, Zaur Nəbioğlunun Nanə Ağamalıyevanın ” 7 tamam” verilişinin saatında efirə çıxacağı, onun tərəf müqabili axtarışında olduğu xəbərləri yayılmışdı.