14:55
Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Milli.Az-a FHN Mətbuat xidmətindən bildirilib
——
14:36
Bakıda güclü yağışdan sonra “Sabunçu keçidi” kimi tanınan ərazidə iki nəfər batıb. Milli.Az-ın əldə etdiyi məlumata görə, leysan yağış zamanı tuneldə qalaraq boğulan iki nəfərin meyiti tapılıb.
Qeyd edək ki, ötən gün Bakıda normadan artıq yağıntı olub, nəticədə şəhər infrastrukturunda problemlər yaranıb.
Sosial şəbəkələrdə Sabunçu tunelin su altında qalması və iki nəfərin boğulması ilə bağlı məlumatlar yayılmışdı. Milli.Az