Gündəm

“Kiminsə adı ilə üzə çıxaracaqlar” – Rəhim Rəhimlinin ölümündən sonra mahnılarınıkim oğurladı?

Mərhum müğənni Rəhim Rəhimli ölümündən öncə bir neçə mahnı üzərində çalışsa da fələk aman vermədi ki, həmin əsərləri tamaşaçılara təqdim etsin. Medianews.az-a açıqlama verən şair Könül Nazimqızı bildirib ki, həmin mahnıların izinə düşüb.

“Deyirdilər ki, həmin mahnılar Rəhimin duet ortağı Nadir Nəğdpuldadır. Mən Rəhimin qardaşı Anardan Nadirin nömrəsini alıb, ona zəng etdim. O dedi ki, mahnılar məndə yoxdur, təkzib etdi. Təklif etsəm də qəti şəkildə razılıq vermədi ki, görüşək, danışaq, baxaq. Sonra Rəhimin qardaşı dedi ki, kompyuter format olub, mahnılar silinib. Amma bilmirəm hansı doğrudur, hansı yalan? Mən bu mövzunun arxasınca 3-4 ay sərasər düşdüm, rahatlıq tapmadım. Mənə o qədər pis təsir etdi ki.. Orada mənim də 5-6 mahnım var idi. Biri Nisə Qasımova üçün yazılmışdı, biri Aygün Kazımova və İlqarə üçün, digəri sə Tünzalə Ağayeva üçün yazılan mahnı idi. Hər gün mənə bir mahnımı sürpriz edirdi.. Rəhim mənəviyyatca o qədər zəngin oğlan idi ki.. Həmin mahnılar yəqin ki, kiminsə adı altında üzə çıxacaq. Düşünürəm ki, belə bir fikir var ki, mahnılar üzə çıxmır. Amma mənim yazdığım sözlər yadımdadır, üzə çıxsa biləcəm ki, mənimki hansıdır. Bəlkə sözləri də dəyişib, başqa musiqi ilə aranjiman ediblər? Bunu artıq deyə bilmərəm” deyə sənətçi bildirib.

Könül Nazimqızı deyir ki, Rəhimi bu gün çox az sənət dostu yada salır.

“Bu dünya çox vəfasızdır. Çox az adamın üzünə dünya gülür. İnsanlar o qədər vəfasızdırlar ki.. Rəhim o qədər insana kömək edib, qabağa çəkib, verilişlərə dəvət edib ki.. Həmin müğənnilərə təmənnasız mahnılar verib.. Heç kəs onun dəyərini bilmədi. Çünki arxasında adamı yox idi, tək idi. Tək idi, tək də getdi.. Amma həqiqətən də ölümə tələsdi” deyə Könül Nazimqızı bildirib.

Mövzu ilə bağlı Rəhim Rəhimlinin anası Firəngiz Rəhimova Medianews.az-a açıqlama verib.

“Rəhimin ümumilikdə 100-dən çox mahnısı var. Biz bu günlərdə həmin mahnıların siyahısını oğlum Anarla birlikdə çıxartdıq. Sonuncu dəfə 7 mahnısı var idi. O da Nadir Nəğdpulda idi. İkisini aranjiman etmişdilər, elə də qalmışdı. İndi bilmirəm. Oğlum Anar hər dəfə zəng edib Nadirdən soruşur. Rəhim həmin mahnıları Nadirin musiqi alətində aranjiman edirdi deyə mahnılar onda qalmışdı. Rəhim Nadirə də, digər müğənnilərə də çox yaxşılıqlar edib, dəstək olub. O insanlara yaxşılıqlar edəndə sevinirdi” deyə müğənninin anası bildirib.

Back to top button