Cəmiyyət

 Azərbaycanda məmur ailəsi işçi axtarır: “Boşanmış, ya da əri ölmüş olsun”

Bakı Lift İdarəsinin keçmiş direktoru Qüdrət Şükürovun qızı, tanınmış bloqer Aysel Şükürova övladlarına dayə axtarır. 


Günlərdir övladlarına baxmaq və ev işlərində yardım etməsi üçün işçi axtarmağına baxmayaraq, bloqer kriteriyalarına uyğun namizəd tapa bilmir. 

Dayənin boşanmış yaxud ərsiz olmasını tələb edən A.Şükürova onu tənqid edənlərə də cavab verib:

“Hələ də evimdə işləməsi üçün bir normal adam tapa bilməmişəm. Gəlib bir gün qalırlar, razılaşmırıq, pul verib göndərirəm. Aylıq verəcəyim maaşdan 2-3 qat artıq pulum çıxıb. Bir gün işləyib gedirlər, uşaqlarla anlaşa bilmirlər. Evdə gecə-gündüz qalmağa adam tapa bilmirəm, bəziləri yazır ki, gəlim uşağımla qalım, ərim var. Başa düşmürlər, dəfələrlə kriteriyalarımı qeyd etmişəm! 
Axtardığım namizəd 45 yaşından yuxarı olsun, yoldaşı olmasın, əri rəhmətə getmiş, yaxud boşanmış qadın ola bilər. Gələcək şəxs cəld olsun, uşaqlarla kontakt qura bilsin, tək qadın olsun, uşaqları olsa da, böyük olsun, ev işlərindən başı çıxsın, ana kimi, xala kimi biri olsun, mənə yardım etsin. Evdə uşaqlarım, özüm və itimdir. Yoldaş problemi olan adam mənə lazım deyil! 

Kriteriyalarım kimə xoş deyilsə, məni “qara siyahı”ya ata bilər. Sizin fikirləriniz mənə maraqlı deyil! Mənim kriteriyalarım budur və müraciət edənlər də var, sadəcə mən bəyənmədiyim üçün geri göndərirəm”.  /Yenisabah.az

Back to top button