BürcMaraqlı

9-15 sentyabr bu bürcləri NƏLƏR GÖZLƏYİR – SÜRPRİZ, YENİ LAYİHƏLƏR, YENİ İŞ…

Görün 9-15 sentyabr bürcləri nələr gözləyir…

Bakuplus.az saytına istinadən məqaləni sizlərlə paylaşırıq.

QOÇ bürcü

Bu həftə kainat tərəfindən sizə təqdim olunan əlverişli fürsətləri qaçırmamalısınız. Hər şey asanlıqla, sanki öz-özünə uğurla davam edəcək. Bu dövrdə, ya ilk dəfə gördüyünüz, ya da yaxşı tanıdığınız bir insana aşiq ola bilərsiniz. Əgər artıq bir münasibətiniz varsa, qarşı cinslə olan münasibətlərdən ehtiyatlı olmalı və onlardan uzaq durmalısınız: sevgiliniz qısqandırmayın. Həftənin sonunda intuisiyanızın səsinə qulaq asın: sizi aldatmaq, düz yoldan “çıxartmaq” istəyəcəklər. Uğurlu günləriniz 10, 11 sentyabr, uğursuz gününüz isə 13 sentyabrdır.

BUĞA bürcü

Subay qızlar, bu həftə hara getsəniz, hamının gözü sizdə olacaq: sizin gözəlliyiniz, şirinliyiniz, xarizmanız, şarmınız əks cinsini dəli edəcək. Onlar Məcnun olub, sizin dalınızca düşəcəklər: elçilər qapınıza düzüləcək. Həfətnin ortasında təsadüfi tanışlıq həyatınızı dəyişəcək: Balıq, Qoç və Dolça karyeranıza təsir edəcək. Həftənin sonunda qohumlarınız sizə xırda çətinliklər yaradacaqlar: əsəbiniz pozulacaq. Uğurlu günləriniz 12, 15 sentyabr, uğursuz gününüz isə 14 sentyabrdır.

ƏKİZLƏR bürcü

Bu həftə arzularınızın dalınca gedəcəksiniz: qarşınızda bütün əlçatmaz qapılar açılacaq. Son zamanlar çox işləyirsiniz: tezliklə bunun bəhrəsini görəcəksiniz. Keçmiş sevgiliniz sizi narahat edəcək, rahatlığınızı pozmağa çalışacaq, ürəyinizə yenidən yollar tapmaq istəyəcək. Hətta sizi yeni münasibətə başladığınız insana qısqanacaq, hər üsulla onu sizdən uzaqlaşdırmağa çalışacaq. Uğurlu günləriniz 9, 13 sentyabr, uğursuz gününüz isə 12 sentyabrdır.

XƏRÇƏNG bürcü

Bu həftə sizin həyatınızda müsbət dəyişikliklər baş verəcək. Siz bir sehrbazla tanış olacaqsınız və o, arzularınızı gerçəkləşdirəcək. Uşaqlıqdan bəri sevdiyiniz insan qapınızı döyəcək: romantik bir sürprizlə qarşılaşacaqsınız. Eyni zamanda, valideynləriniz sizə gözlənilməz bir sürpriz hazırlayır: gördüyünüz sizi şoka salacaq. Artıq pulunuz varsa, sərmayə yatırın, peşman olmayacaqsınız. Uğurlu günləriniz 10, 14 sentyabr, uğursuz gününüz isə 11 sentyabrdır.

ŞİR bürcü

Bu həftə sizin üçün maraqlı və yaddaqalan hadisələrlə dolu olacaq. Karyera sahəsində gözlənilməz bir irəliləyiş yaşaya bilərsiniz. Sevgidə isə, sürpriz bir görüş və ya köhnə bir dostun sizin həyatınıza yenidən daxil olması mümkündür. Münasibətdə olanlar evlənmək haqqında fikrə gələ və ya partnyoru tərəfindən nişan, evlilik təklifi ala bilərlər. Sizin həyatınızda vampir bir insan var: o, enerjinizlə qidalanır və həyatınızda mənfi rol oynayır: bu, Xərçəng və ya Əqrəb ola bilər. Uğurlu günləriniz 12, 14 sentyabr, uğursuz gününüz isə 9 sentyabrdır.

QIZ bürcü

Peşəkar sahədə böyük bir dönüşüm yaşaya bilərsiniz: yeni layihələr, mükafatlar və ya əhəmiyyətli bir irəliləyiş sizə uğur və məmnuniyyət gətirəcək. İş mühitində gözlənilməz, lakin müsbət dəyişikliklər olacaq, məsələn, rəhbərliklə müsbət danışıqlar və ya yeni bir layihəyə rəhbərlik etmək şansı əldə edə bilərsiniz. Evinizdə bir dəyişiklik və ya təmir layihəsi başlaya bilər, bu da sizə müsbət enerji və rahatlıq gətirəcək. Uğurlu günləriniz 9, 11 sentyabr, uğursuz gününüz isə 10 sentyabrdır.

TƏRƏZİ bürcü

İşdə xoşagəlməz sürprizlər ola bilər, amma panikaya düşməyin: hər şey öz qaydasına düşəcək. Sevgilinizə duyğularını ifadə etməkdən çəkinməyin bu, münasibətlərin daha da güclənməsinə kömək edəcək. Xarici görünüşünüzdə dəyişiklək etməkdən qorxmayın: yeni həyata başlayın və heçkimə qulaq asmayın. Sizi illərdi “həzm etməyən” insanın maskası açılacaq: uğurunuza paxıllıq edən zəhərini sıçrayacaq üstünüzə. Uğurlu günləriniz 14, 15 sentyabr, uğursuz gününüz isə 11 sentyabrdır.

ƏQRƏB bürcü

Bu həftə bəzi cütlüklər arasında problemlər yaşana bilər, odur ki, siz öz sevginiz uğrunda mübarizə aparmalı olacaqsınız. Buna səbəb sevgilinizin keçmiş münasibətləri olacaq: köhnə sevgilisi onu sizin əlinizdən almaq istəyəcək və bunun üçün bütün yollara əl atacaq. Xoşbəxtliyinizi qorumaq üçün güclü olmalısınız, həmin şəxsi tapıb payını verməlisiniz. Xarici şirkətə işə düzələ bilərsiniz: CV-lərinizi mütləq firmalara atın. Uğurlu günləriniz 12, 13 sentyabr, uğursuz gününüz isə 14 sentyabrdır.

OXATAN bürcü

Bu həftə Oxatanaları xoşbəxt günlər gözləyir, əsas da sevgi cəbhəsində. Bu bürcün subay nümayəndələrinin torbasını tikəcəklər: bu günlərdə toyu və ya nişanı olan şəxslərin bəxti gözəl olacaq; ulduzlar sizin üçün xoşbəxt günlər hazırlayıb. Son vaxtlar hansısa planlar qurursunuzsa, onları həyata keçirməyə başlamağın vaxtıdır: ulduzlar nəticənin sizi sevindirəcəyinə və hətta gözləniləndən də yüksək ola biləcəyinə söz verirlər. Uğurlu günləriniz 11, 14 sentyabr, uğursuz gününüz isə 10 sentyabrdır.

OĞLAQ bürcü

Bu həftə sənin romantik həyatın bir sehrli nağıla çevriləcək. Qəlbində dərin duyğular və qeyri-adi hisslər yaşanacaq: ətrafında bir mistik aura yaranacaq, həyatında qeyri-adi və sürprizlərlə dolu anlar yaşanacaq. Özünüzü bir hekayənin baş qəhrəmanı kimi hiss edəcəksiniz. Qarşınıza yüksək vəzifəli insan çıxacaq: onunla əlagəni kəsməyin, varlı olmaq üçün sizə yol göstərəcək. Qızlar, işdə davanın mərkəzində olacaqsınız: saçınızı qoruyun. Uğurlu günləriniz 10, 13 sentyabr, uğursuz gününüz isə 9 sentyabrdır.

DOLÇA bürcü

Bu həftə Dolça bürcünün qız nümayəndələri üçün çox gərgin keçəcək: dava, söz-söhbət, saçyolma və daha nələr. Bu sizin uğurunuzla əlaqəli olacaq. Bəzi insanlar nailiyyətlərinizi həzm edə bilməyəcəklər və sizin kefinizi pozmağa çalışacaqlar, qeybət edəcəklər, sizə böhtan atacaqlar. Unutmayın ki, həyat ağ-qara zolaqlar kimidir. Bu həftə ayağınızı qara zolağa basmalı olacaqsınız. Oğlanlar, varlı bir qızla tanış olacaqsınız: onun gözəlliyi sizi valeh edəcək. Uğurlu günləriniz 12, 14 sentyabr, uğursuz gününüz isə 13 sentyabrdır.

BALIQLAR bürcü

Həftəiçi Balıqlar enerji ilə dolu olacaqlar – bu günlərdə hansı işə başlamağınızdan asılı olmayaraq, mütləq uğurla sonlanacaq. Həmkarlar tərəfindən zərbə ala bilərsiz – ağlınızda işlə əlaqədar planlarınız varsa, çalışın bu haqda, hələ ki, heç kimə deməyin, yoxsa ideyanız oğurlana bilər. Sevgi cəbhəsində romantik anlar yaşayacaqsız – sevgiliniz sizə aşırı diqqət yetirəcək. Bəzi Əkizlər isə subaylığın daşını atıb yeni münasibətə başlayacaqlar – seçim edərkən diqqətli olun, ürəyinizin qapısını yalnız layiq olana açın. Uğurlu günləriniz 13, 15 sentyabr, uğursuz gününüz isə 12 sentyabrdır.

Back to top button