“Hamının Nəfəs deyirsiniz. Bir dəfə onun canlı ifasına qulaq asdım. Sizə peşəkar musiqiçi bəstəkar kimi deyirəm, bütün mahnını xaric notlar üzərində oxudu”.
Milli.Az xəbər verir ki, bu sözləri qonaq olduğu “Nigar xanım” verilişində tanınmış bəstəkar, musiqişünas, “Can bala” qrupunun yaradıcısı Məryəm Əlibəyli deyib.
Proqramın aparıcısının müğənni Nəfəsi tərifləməsi musiqiçini daha da hiddətləndirib. Onun və rəfiqəsi olan həmkarlarının sənətini bəyənməyən bəstəkar öz iradlarını efir vasitəsi ilə bildirib.
Verilişin digər qonaqlarından olan müğənninin onları müdafiə etməsi də musiqiçini fikrindən daşındırmayıb.
Ətraflı videoda:oxuyun