Maraqlı

İlk toy gecəsi: dünyada qəribə adətlər-Afrikada,avropada,Rusiyada… ŞOK Olacaqsınız

İlk toy gecəsi: dünyada qəribə adətlər. İstənilən toy tədbirinin sonu ilk toy gecəsi ilə yekunlaşır. Hal-hazırda gənclərin ilk gecələri heç bir dəyər daşımayan bir adət halına gəlmişdir. Get-gedə toydan öncə cütlük arasında baş verən sex normal hadisə hesab edilir. Lakin, biraz əvvələ baxsaq, bunun bir ritual olduğunu və xalqlara görə dəyişdiyini görmüş olarıq. TOPmiste.org saytı olaraq gəlin birlikdə tarixə nəzər salaq və ilk toy günü adət-ənənələrini vərəqləyək.

İlk toy gecəsi Avropada

Orta əsirlərdə Avropa ölkələrinin çoxsunda belə bir adət var idi: gəlin ilk gecəni əri ilə deyil, feodalla keçirməli idi. Tarixçilər bu adətin icra olunma səbəbləri barədə müxtəlif mülahizələr irəli sürürlər. Bəzilərinin fikrincə qızın bakirəliyinin əlindən alınması olduqca qəliz və təhlükəli prosesdir. Və bunu yalnız ali insan və ya bəndə edə bilərdi. Feodallar isə o zamanlar seçilmiş insanlar hesab edildiyindən bu məsuliyyəti öz üzərilərinə götürürdülər. Fikirlərə görə bu yolla gəlinlə bəyi allahın qəzəbindən qorumuş olurdular.Digər mənbələrə görə isə feodallar öz sexsual tələbatlarını ödəyərək gecə həyatına əyləncə qatmağa çalışırdılar. Çünki heçdə bütün qızlar bu yoldan keçməli olmurdular. Adətən feodallar gözəl olmayan qızlarla gecə keçirməzdilər. Yalnız gözəl qızlar bu dırnaqarası şərəfə nail olurdular. XVI əsrin sonlarında İsveçrə bu kimi adətlərdən imtina etdi. Almanyada isə bunu ödənişlə əvəzlədilər.

İlk toy gecəsi Afrikada

Afrikanın bəzi qəbilələrində ilk toy gecəsində gəlinin iki qabaq dişi sındırılırdı. Bu ailə həyatında bir növ nişan üzüyü mənasını verirdi. Ərli qadınlar sınıq dişlərinə görə utanmırdılar, əksinə onu hamıya göstərməyə çalışırdılar. Nəticədə ərə getməyən qızlar bacardıqca ağızlarını yummağa çalışırdılar.

Samoada ilk toy gecəsi mütləq qaydada qızın yatmış qohumları arasında baş tutmalı idi. Beləliklə yeni evlənmiş cütlük cinsi əlaqədə o qədər sakit olmalı idilər ki, qohumlardan heç kim oyanmasın. Əks halda bəy qızın qohumları tərəfindən möhkəm döyülürdü. Bu səbəbdən də Samoa kişiləri bədənlərini yağlayaraq otağa daxil olurdular. Bədən yağlı olarkən həm döyülməkdən yaxa qurtarmaq asan olur, həmdə sonradan izlər az görünür.

Şimali Afrikada ilk toy gecəsi gəlin ortalıqda gəzdirilərək qonaqlara nümayiş etdirilirdi. Qonaqlar da öz növbəsində gəlinə məxsusi hədiyyə verməli idilər.Bəzi qəbilələrin adətlərinə görə isə qızın qızlığı uşaq yaşlarından əlində alınırdı. Onun qadın kimi aybaşıları olmamışdan öncə. Bunu tamami ilə yad adam etməli idi. Adətən bu məşuq rolunda kənddən təsadüfü keçən səyahətçilər olurdular. Əgər qız aybaşı olana qədər bakirə qalsaydı, bu onun ailəsi üçün baş aşağılıq sayılardı və o ömürlük ərə getməyə bilərdi.Mərkəzi Afrikada yerləşən Baxtu qəbiləsində yeni evlənən cütlüklər sex əvəzinə səhərə qədər döyüşmək məcburiyyətində idilər. Səhər açıldıqda isə hərəsi öz valideyinlərinin evinə dincəlməyə gedirdilər. Əlbətdə qəribə adətlərdir, ancaq hər xalqın öz inamı mövcutdur. Fikirlərə görə bu şəkildə ər-arvad bir-birilərinə qarşı ola biləcək acıqlarını öncədən çıxırdılar. Bəzən isə bu döyüşlər ümumiyyətlə ölümlə  yekunlaşırdı.BƏZİ AFRİKA QƏBİLƏLƏRİNDƏ SEXSUAL AKTDAN QABAQ XÜSUSİ ALƏTLƏR VASİTƏSİ İLƏ QIZIN BAKİRƏLİYİ POZULMALI İDİ. BU MİNİ ƏMƏLİYYATI QƏBİLƏNİN YAŞLI QADINLARI EDİRDİ.Əks halda hadisə təbii yolla baş verməli idi. Ancaq, bakirəliyi ər yox, ərin atası və ya qardaşı etməli idi.

Arunto qəbiləsində isə gəlinin bakirəliyini ərin dostları pozmalı idi. Oğlan iki-üç dostunu seçir və onlar gəlini toydan oğurlayır. Onların hər biri kənarda gəlinlə cinsi əlaqədə olmalı idilər. Lakin bundan sonra da portnyorların yenilənməsi yekunlaşmırdı. Toydan sonra yaxın günlər ərzində cütlüyün evinə gələn hər bir kişi gəlinlə birlikdə ola bilərdi.

İlk toy gecəsi Çeçenlərdə

Çeçenlərdə ilk toy gecəsi toun 3-cü günündə baş verir. Ritualın yekunlaşması üçün oğlan qızın qohumları tərəfindən əvvəlcədən alınmış xüsusi geyimi geyinir. Bu vaxt ərzində qız artıq onu yataq otağında gözləməlidir. Ora isə onu rəfiqələri gətirir.

İntim yaxınlıqdan öncə kişi Quranı açır və Allaha dua edir. Sonra isə kitabı qalın parçaya bükərək kənara qoyub aldığı xanımla yaxınlıq edir. Əgər cütlük toydan öncə tanış deyildilərsə cinsi əlaqə ilk toy gecəsi vacib sayılmır. Onlar ilk öncə tanış olmalıdırlar.

Bəylə gəlinin otağında heç kim olmamalıdır. Ev heyvanları belə.

İlk toy gecəsi Qaraçılarda

Düzdü, qaraçılar o qədər də təmiz millət hesab edilməsələrdə, ancaq adət-ənələlərini əsirlərlə qoruyub saxlayırlar. İlk toy gecəsi onlarda “Şərəfin təqdim edilməsi” adlanır. Toyun ən əsas adətidir. Qız toy gününə qədər bakirəliyini qoruyub saxlamalıdır. Əks halda ailəsinin başını aşağı edər. Cütlük hər iki tərəfdən üç qadınla birlikdə ayrıca otağa keçərək qızın bakirəliyini yoxlayır.

Yeni evlənənlər arasında sex təklikdə keçirilir. Ancaq, kişi aktdan sonra qanın nümayişi üçün yataq ağını gətirməlidir.

İlk toy gecəsi Rusyada

Qədim Rusyada münasibətlər demək olarki indiki kimidir. Cütlüklər toydan öncə də rahatlıqla birlikdə yaşayıb, bir-birilərini yaxın tanıya bilərlər. Bəzən bu tanışlıq əsasında toy olmadan uşaq da doğula bilər. Uzun müddət birlikdə yaşadıqdan, ev qayğılarını birlikdə çəkdikdən, birinci uşağı dünyaya gətirdikdən sonra evlilik haqqında ciddi düşünə bilirdilər. O da, əgər düşünərdilərsə.

Toylarda isə qonaqlar olduqca kobud davrana, gəlinə öz arvadları kimi yanaşaraq toxuna bilərdilər. Bəzi mənbələrə görə qədim Rusiyada toy şənliklərində içki məslisi zamanı gəlin soyundurulur, onun necə bədən quruluşuna sahib olduğu maraqla izlənilirdi.

Back to top button