Kahramanmaraşda baş verən zəlzələ nəticəsində 11 qohumunu itirən aktyor Uğur Aslan dağıntılar altından sağ çıxarılan Eminenin toyunda iştirak edib.
Milli.Az haberler-ə istinadla bildirir ki, Kahramanmaraşda baş verən güclü zəlzələdə qolunu itirən Eminenin toyu olub.
Toyda onu yaxın qohumu, aktyor Uğur Aslan tək qoymayıb.
Qeyd edək ki, Uğur Aslan “Kanal D”də yayımlanan “Şarkılar Bizi Söyler” verilişində zəlzələdə həlak olan qohumlarını yad edərək hönkürmüşdü.