Gündəm

Emin Ağalarov ev lotereyası keçirir: “Sea Breeze”də mənzil əldə etmək üçün…

Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabında “Sea Breeze” istirahət mərkəzində tam təmirli ev hədiyyəsi ilə bağlı paylaşım edib.

 

Müğənni paylaşımında bildirib:

 

“Biz sizə Xəzər dənizinin sahilində yerləşən “Sea Breeze”nin ən gözəl yaşayış massivlərindən biri olan “Park Residences 2”-də təmirli və əşyalı hazır mənzili tamamilə pulsuz əldə etmək şansı veririk!

 

Kampaniyamızda iştirak etmək çox sadədir:

 

– Bu postu bəyənin və @eminofficial @seabreezeresortbaku @seabreeze.realestate hesablarını izləyin

– Bu postu hekayənizdə repost edin

 

– İstənilən şərhi bu postun altına yazın

 

Kampaniya oktyabrın 10-da başa çatır. Nəticələri oktyabrın 17-dən gec olmayaraq randomizatordan istifadə edərək yekunlaşdıracağıq. Uğurlar!”.

 

Qeyd edək ki, paylaşımdan sonra  dələduzlar ortaya çıxıb. Onlar müsabiqədə iştirak edənlərə “Təbrik edirik, siz “Sea Breeze”də ev qazandınız” mesajı göndərir, daha sonra naməlum linkə daxil olub qeydiyyatdan keçmələrini tələb edirlər.

 

Emin Ağalarov bu məsələyə aydınlıq gətirərək bildirib ki, müsabiqə ilə bağlı bütün rəsmi məlumatlar yalnız “seabreeze.realestate”, “seabreezeresortbaku” və “eminofficial” Instagram səhifələrində təqdim olunur.

 

Musavat.com

Back to top button