Aktyor Fərda Xudaverdiyev müğənni Niyam Salaminin restoranda müştərilərdən yüksək məbləğdə xidməthaqqı almasını tənqid edib.
O, bu haqda “MeyXəbər”də bəhs edib. Fərda Niyamın menyuya xidməthaqqı yazıb, açıqlamasında bunu şou-proqramın haqqı kimi təqdim etməsini tənqid edib:
“Niyam qorxur ki, ora yazılsa pul onun oxumağına görə alınır, tamaşaçı deyəcək oxuma. Pulu vermirəm, başım sakitçilik istəyir. Yeyib-içdiyinin qiyməti orada var, yedin 225 manat. Orada əlavə 75 manat alınır. Hesablayırsan ki, xidməthaqqı 10 manat verərsən. Amma 75 manat yox. Sənin əlavə aldığın pul xidməthaqqı yox, şou üçündürsə, bunu müştəriyə bildir. Bunun adı şoudur, adam aldatmaq yox. Reallıq dəyişmir. Niyam qardaşımızdır, konsertləri olan yer dolu olur. İnsanları qıcıqlandıran xidməthaqqıdır. Bura şou yaz, adam bilsin. Yaz ki, şou-proqram olan gün qiymət budur, başqa günlərdə bu”.
Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Niyam Salaminin işlətdiyi, Novxanıda yerləşən “My Beach” istirahət mərkəzində alınan yüksək xidməthaqqı tənqid olunub. Müştərilər restoranda 500, 107 və daha çox xidməthaqqı almaqdan gileylənib. / Axsam.az