Gündəm

Azərbaycanın məşhur sənətçisinin beyninə qan sızdı – Reanimasiyaya yerləşdirildi (FOTO)

Azərbaycanlı məşhur aşıq, tambur ifaçısı Əfqan Rəhmanov xəstəxanaya yerləşdirilib.

Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, o 3 gün öncə yıxılıb və beyninə qan sızıb. Hazırda Balakən rayonu Mərkəzi Xəstəxanada reanimasiyadadır.

Bu haqda tanınmış prodüser Samir Xəttab məlumat verib.

Qeyd edək ki, Əfqan Rəhmanov Balakəndə yaşayır. O bir çox verilişlərdə qonaq olub, musiqi yarışlarında iştirak edib. Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.


Back to top button