Hadisə

Naxçıvanda iyrənc olay: Üç uşağa… ŞOK TƏFƏRRÜATLAR

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 3 azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş 1960-cı il təvəllüdlü Seyidağa Həşimov (ad və soyadlar şərtidir) həbs edilib.

Şərur rayonunun kəndlərindən birinin sakini olan 64 yaşlı kişi Türkiyədən Azərbaycana qayıdarkən tutulub.

Araşdırmalar zamanı məlum olub ki, o, 2023-cü il ərzində işlətdiyi mağazada həmkəndliləri olan 2013, 2014 və 2016-cı il təvəllüdlü 3 uşağa qarşı seksual xarakterli zorakılıq əməlləri törədib. Uşaqlar valideynlərinə bu barədə bildirdikdən sonra polisə müraciət edilib və cinayət işi açılıb. Bu zaman Türkiyəyə gedən Seyidağa ölkəyə qayıdarkən tutulub. Azyaşlılar bildiriblər ki, mağaza sahibi onlara şirniyyat və digər qida məhsulları verərək iyrənc hərəkətlər edib. dirnaq modelleri

Avqustun 12-də Naxçıvan Ağır Cinayətlər Məhkəməsində S. Həşimova hökm oxunub. O, Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 16 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.//Publika.az  

Back to top button