Gündəm

“Qarabağ” “Ludoqorets”i meydana çıxmağa PEŞMAN ETDİ

Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda “Ludoqorets” komandası ilə cavab oyunu keçirib.

Busaat.az xəbər verir ki, saat 22:00-da start götürən qarşılaşma “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb. Oyunun əsas hissəsində qalib müəyyənləşmədiyindən əlavə iki hissə oynanılıb.

Qarşılaşma “Ludoqorets Arena”da keçirilib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesabı ilə qələbə qazanmışdılar.

İki oyunun nəticəsinə görə, Azərbaycan komandaı növbəti mərhələyə yüksəlib.

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsi, cavab oyunu

13 avqust

22:00. “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” (Azərbaycan) – 2:7 (Əlavə vaxt)

Qollar: Juninyo, 7 (0:1), Kvadvo Dua, 13 (1:1), 23-pen. (2:1), Yassin Benzia, 45+1-pen. (2:2), Patrik Andrade, 45+5 (2:3), Toral Bayramov, 93 (2:4), Redon Cica, 110 (2:5), Patrik Andrade, 112 (2:6), Yassin Benzia, 118 (2:7)

Hakimlər: Simone Sozza, Giorgio Peretti, Davide İmperiale, Matteo Marchetti

“Ludoqorets Arena”

İlk oyun – 2:1

Back to top button