Sunday, November 24, 2024

Latest Posts

Deyirlər ki, evlənib boşanmaqda Seda Sayana çatmısan – Aysel

“İlk həyat yoldaşımın anası və bacısı mənə cadu etmişdi. Həmin an anladım ki, cadu ilə ailə dağıtmaq olurmuş. Daha sonra məşhur bir blogerin cadu edib, həyətimizə ağacın dibinə basdırdığını bildim. Belə şeylərə inanmıram, amma nəsə baş verdi, anam bildi”.

Bu sözləri bloger Aysel Şükür instaqramda canlı yayımda deyib. O bildirib ki, birinci ailəsi caduya görə dağılıb:

“Sevgidolu insanam, cadu nədir bilməmişəm. Amma inanıram ki, belə bir şey var”.

Aysel yenidən ailə qurmaq istəməsi haqda suallara isə “İstəyirəm… Anam mənə deyir ki, Seda Sayan olmusan. Seda da yeddi dəfə ailə qurub. Tez inanıram. Biri xoş söz deyən kimi inanıram ki, məni sevir” cavabını verib. / Axsam.az

Latest Posts

Don't Miss