Bürc

Onlar göründükləri qədər ədəbli deyillər – ƏN ƏXLAQSIZ BÜRCLƏR

Hər bürc insanı kənardan göründüyü qədər ədəbli ola bilmir. Zahirən son dərəcə sakit və əxlaqlı görünən bu insanlar bəzən daxilən heç də elə deyil. Əlbbəttə, əxlaqi dəyərlər insanın xarakterindən asılıdır və bürclərlə birbaşa əlaqəsi yoxdur. Lakin digər ortaq xüsusiyyətlərin eyniliyi kimi bunun da astrologiya ilə bağlılığı danılmazdır.

Showaz.net baku.ws-ə istinadla daxilən, eləcə də şəxsi münasibətlərdə ən ədəbsiz olan bürcləri sizlərə təqdim edir:

Dolça dirnaq modelleri

Səssiz, sakit halları ilə tanınsalar da, onlar zodiak aləminin ən yalançı bürcləri sırasında birincidirlər. Anlıq deyil, davamlı və gələcəkyönümlü yalanlar danışan dolçaları bəzən saxlamaq mümkün olmur. Xarakterləri bir andaca dəyişə bilir. Buna görə də dolçalar onlardan gözlənilməyən hərəkətlər edirlər. Yaxın ya da uzaq fərqi yoxdur. Onlar hər kəsi asanlıqla aldatmaqda mahirdirlər. Əlbəttə ki bu da etik davranış qaydalarına heç də uyğun deyil. Bu səbəbdən də dolçalar diqqət edilməli bürclər sırasındadır.

Buğa

Son dərəcə sadiq, məsafəli və güvən verən insanlar olan buğalar əslində heç də göründükləri qədər saf deyillər. Buğalar bütün bu gözəl xüsusiyyətlərini partnyorlarının yanında unuda bilir, bir andaca ədəbsiz insana çevrilirlər. Buğa ünsürünün nümayəndələri həm də şəhvətli olmaqları ilə tanınırlar.

TərəziCəmiyyət içində duyğulu davranışlar sərgiləyən tərəzilərin böyük-böyük danışmaqlarına baxmayın. Söhbət şəxsi münasibətlərdən gedəndə tərəzilər ədəbsiz yönlərini asanlıqla biruzə verirlər. Tərəzilər göründüklərindən daha çox cilvəlidirlər. Aşiq olan zaman sadiq qalsalar da “flört” zamanlarında olduqca şorgözdürlər. Ona görə də, tərəzilərlə yaxın münasibət qurursunuzsa onları iki dəfə tanıya bilərsiniz.

Back to top button