Hadisə

16 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlanın evinə getdi: Həyatının şokunu yaşadı – FOTO

Bursada qan donduran hadisə baş verib.

showaz.net Titul.az-a istinadla xəbər verir ki, sosial şəbəkə üzərindən tanış olduğu Firuz Naobinin (20 yaş) evinə gedən E.T. (16 yaş) adlı yeniyetmə qız yatmaq üçün girdiyi otaqda həyatının şokunu yaşayıb.

Evə gələndə tanış olduğu oğlanın başqa üç dostunun da olduğunu görüb. Onlarla söhbət etdikdən sonra yatmaq üçün daxil olduğu otaqda yeniyetmə qız 4 dostun cinsi təcavüzünə məruz qalıb. Qızın yalvarıb, ağlamasına baxmayaraq dostlar onu gecə səhərə kimi dəfələrlə zorlayıblar.

Təcavüzkar dostlar qıza “Başına gələnləri kiməsə desən, daha pisini sənə yaşadarıq” deyiblər. Lakin qız evə gedərkən bu başına gələnləri ailəsinə danışıb. Ailənin polisə şikayəti sonrası 4 şübhəli də saxlanılıb.

Cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.

Back to top button