Gündəm

Zaurla Xoşqədəmin pul davası – Ayda 30 min…

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevlə “MedEra” klinikasının mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayevin döyülməsi ilə nəticələnən videogörüntülərin sosial şəbəkələrdə yayılması cəmiyyətdə ciddi müzakirələrə səbəb oldu. 

Showaz.net xəbər verir ki, bu barədə Pravda.az məlumat yayıb.

Bir sıra tanınmış televiziya aparıcıları, Ağadadaş Ağayevin sənət dostları, jurnalistlər, deputatlar da məsələyə münasibət bildirməkdən çəkinmədi. Bəziləri klinikanı, bəziləri isə Xalq artistini qınaq atəşinə tutdu… İnsident sosial şəbəkələrdə yayılandan bəri sənətçini “topa tutanlar” cərgəsinə “Səni Axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı da qoşuldu. Aparıcı dəfələrlə sənətçini qınadı. O, əvvəlcə sosial şəbəkədə paylaşımların birinin altına yazdığı şərhdə bu hərəkəti xalq artistinə yaraşdırmadığını qeyd etdi.

Bundan sonra aparıcı ilə Ağadadaş Ağayevin pərəstişkarları arasında qızğın müzakirə başladı, buna baxmayaraq, Hidayətqızı fikrində qəti şəkildə qaldı və bu məsələdə müğənnini qınadı.Bundan sonra da ürəyi soyumayan aparıcı daha bir paylaşımda müğənninin hərəkətini amansızlıq adlandırdı.

Bu məsələdə klinikanın deyil, sənətçinin tərəfini tutanlar arasında teleaparıcı Zaur Baxşəliyev xüsusi diqqət çəkənlərdən oldu. Aparıcı həmkarından fərqli olaraq, birmənalı şəkildə sənətçinin tərəfindən çıxış etdi. O, gah klinikanın yanlış məlumatlar verdiyini, hadisənin səhər saat 7-də baş verdiyinə inanmadığını bildirdi, gah “MedEra”nın əməkdaşlarını sorğuya çəkdi.

Aparıcı ötən gün“Bizimləsən” verilişində xalq artisti Ağadadaş Ağayevin klinikada mühafizəçi ilə davasını müzakirə etdi. O, xəstəxananın hüquqşünası Xeyransa Babayevanı canlı yayıma qoşaraq məsələ haqda suallar verdi. Cavablardan narazı qalan aparıcı hüquqşünasa inanmadığını belə ifadə etdi:

“Səhər saat 7-də xəstəxanada xəstə olur? Personal 9-un yarısından gəlir. Amma 7-dən gəlmirlər”.

Yenisabah.az  Xoşqədəm Hidayətqızı ilə Zaur Baxşəliyev arasında olan fikir ayrılığının səbəbini öyrənib.

Məlum olub ki, qarşıdurmaya səbəb insidentdə adı hallanan “MedEra” klinikasının sponsor olduğu verilişlərdir. Bu barədə saytımıza ATV telekanalının əməkdaşlarından biri məlumat verib. Onun sözlərinə görə, klinika X.Hidayətqızının aparıcı olduğu “Səni Axtarıram” verilişinin ən önəmli sponsorlarından biridir. Klinika hər ay buna görə telekanala 30 min manat pul ödəyir.

Mənbə qeyd edib ki, “MedEra” klinikası Zaur Baxşəliyevin verilişinin sponsoru olmadığı üçün aparıcı ortaya bu cür sərt yanaşma qoyub. Məhz buna görə, teleaparıcı efirdə klinikanı və kollektivini tez-tez ittiham edib.

Back to top button