Sunday, November 24, 2024

Latest Posts

İki dəfə nişanını qaytaran 40 yaşlı müğənni Vüqar: 20 yaşlı qızla evlənəcəm

“Elə bir limit yoxdur ki, filan yaşda ailə qurmalısan. Evim var, insan olan birini axtarıram. Ortada namizəd olmayandan sonra necə evlənim? Hamı adamdır, mən insan axtarıram”.

Bu sözləri 40 yaşlı müğənni Vüqar Muradov “Həmin Zaur” verilişində deyib. İfaçı aparıcı Zaur Kamalın “Neçə yaşında evlənəcəksən? Neçə yaşında qız istəyirsən” sualına belə cavab verib:

“20, 22, 25 yaşında qızla evlənəcəyəm”.

Zaurun “Qız atası olsam, aranızda 20 yaş fərq olsaydı, qızımı verməzdim. Kim sənə o yaşda qız verər” sözlərinə “Sən özün bilərsən, verənlər var” reaksiyasını verib. 

Qeyd edək ki, Müğənni Vüqar Muradov iki dəfə nişanını qaytardığını etiraf edib. / Axsam.az

Latest Posts

Don't Miss