Gündəm

Rekord istilər – Termometrlər 53,9 dərəcəni göstərdi

ABŞ-nin qərbindəki bir sıra bölgələrdə anomal istilər hökm sürür. Las-Veqasda (Nevada) rekord temperatur qeydə alınıb, qonşu Kaliforniyada isə bir nəfər istidən ölüb.

Showaz.net Modern.az-a istinadla xəbər verir ki, bu barədə ABC News telekanalı yerli meteorologiya xidmətə istinadla məlumat yayıb.

Meteoroloji xidmətin məlumatına görə, Las-Veqasda bazar günü havanın temperaturu 48,9 dərəcəyə qədər yüksəlib və meteoroloji müşahidələr tarixində ən isti hava qeydə alınıb. Əvvəlki rekord 2017-ci ildə 47,2 dərəcə olub.

Nevada ştatının qonşuluğunda yerləşən Kaliforniyanın Ölüm Vadisində isə termometrlər 53,9 dərəcəni göstərib. Orada istidən bir nəfər ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.

Bölgədə ekstremal isti hava şəraitinin ən azı iyulun 11-dək davam edəcəyi proqnozlaşdırılır.

Back to top button