Müğənni Afət Fərmanqızı həyat yoldaşı haqqında bilinməyənləri açıqlayıb.
Yenisabah.az xəbər verir ki, Zaur Kamal tanınmış müğənninin evində qonaq olub. O, tanınmış ifaçıya həyat yoldaşı haqda bir neçə sual ünvanlayıb. A.Fərmanqızı isə sualları belə cavablandırıb:
“İndi gələ bilmədi, keçən dəfə burada idi. Uşaqların imtahanları başlayır deyə qalmalı oldu. 3 uşağı var. Məndən əvvəl o da evli olub. Keçən dəfə də dedim. Yoldaşım deyir ki, hər şeyi açıb niyə danışırsan? Bir də deyim. Məndən əvvəl 2 dəfə evli olub. Atalar üçə qədər deyib. Adı Mameddir”.
Aparıcı müğənniyə rəsmi nikah barədə də sual verib. İfaçı isə cavabında nikah sənədinin şəklinin telefonda olduğunu və göstərə biləcəyini deyib. O, ərinin Gürcüstan azərbaycanlısı olduğunu da vurğulayıb.
“Gürcüstanlıların qadasını alım. Yoldaşım Kəpənəkçidən, mərhum şairimiz Zəlimxan Yaqubun kəndindəndir”. kəndindəndir”.