Hadisə

Dəhşətli qəza bir ailəni məhv etdi: Çox sayda yaralı var, dördü uşaqdır – Hadisə yerindən GÖRÜNTÜLƏR

Xəbəri Oxu.az saytına istinadən sizlərlə paylaşırıq.

Qaxda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərdən dördü azyaşlıdır.

“Report”un məlumatına görə, rayon ərazisində “Ford” və VAZ-21015 markalı avtomobillərin toqquşması nəticəsində ölənlər Şəki rayon Cəfərabad kənd sakinləri, VAZ-ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, onun anası 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və həyat yoldaşı 1989-cu il təvəllüdlü Aygün Qurbanovadır.

Qəza zamanı onların iki azyaşlı övladı xəsarət alıb. Hadisə onlar Qaxdan yaşadıqları Cəfərabad kəndində qayıdan zaman baş verib.

Qeyd edək ki, qəza zamanı yaralanan şəxslərdən dördü azyaşlıdır. Azyaşlılardan ikisi xəstəxananın Reanimasiya şöbəsinə, ikisi isə Cərrahiyyə şöbəsinə yerləşdirilib.

22:53Dəhşətli qəza bir ailəni məhv etdi: Çox sayda yaralı var, dördü uşaqdır – Hadisə yerindən GÖRÜNTÜLƏR

Qaxda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb, altı nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, iyunun 29-da saat 20 radələrində rayon ərazisində “Ford” və VAZ-21015 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər – 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və 1989-cu il təvəllüdlü Aygün Qurbanova aldıqları xəsarətlərdən vəfat ediblər.

Həmçinin, digər avtomobilin sürücüsü Fərid Abdullayev və hər iki nəqliyyat vasitəsində olan altı sərnişin xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

22:32

Qaxda baş verən dəhşətli qəzada ölənlərin sayı dörd nəfərə çatıb.

“Unikal” xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində altı-yeddi nəfərin yaralandığı bildirilir.

21:42

Qax rayonunda üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report”un məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford” və VAZ-21015 markalı avtomobilin toqquşması nəticəsində VAZ-21015-də olan sürücü və sərnişin hadisə yerində ölüblər. VAZ-21015-də olan digər sərnişin xəstəxanada dünyasını dəyişib.

Qəza zamanı bir neçə nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Back to top button