Saturday, November 23, 2024

Latest Posts

100 il yaşamağın SİRRİ AÇILDI – Alimlərdən ŞOK FAKTLAR!

Uzun ömrün sirri hər kəsi maraqlandırır. Sağlam və uzun ömür sürməyi xəyal edirsinizsə, bədəninizə müqavimət göstərmək üçün üsullar tapmalısınız. Bunun ən qısa yollarından biri düzgün və sağlam qidalanma proqramı yaratmaqdır. Alimlərin fikrincə, uzun ömür sürmək və 100 il yaşamaq istəyirsinizsə, gündəlik bəzi vərdişlərinizə diqqət yetirməlisiniz.
Sağlamolun.az həmin vərdişləri təqdim edir:

İmmunitetinizi gücləndirmək və xəstəliklərə qarşı bədən müqavimətinizi artırmaq üçün diqqət etməli olduğunuz bir çox şey var. Elmi araşdırmalardakı son inkişaflar qocalmağın gecikdirilməsi və daha uzun yaşamanın göründüyü qədər çətin olmadığını göstərir. Alimlər son araşdırmalarında bir əsrlik uzun ömrün sirrini bölüşüblər.

Daha uzun yaşamaq ümumiyyətlə genetik xüsusiyyətlərlə əlaqələndirilir. Ancaq həyat tərzimiz, vərdişlərimiz və ən əsası qidalanmamız həyat keyfiyyətimizə birbaşa təsir edir.

– Beyni gənc və canlı saxlamaq qocalmamağın qızıl qaydalarından biri hesab olunur. Həmişə etdiyinizi edin. Etdiyiniz və etməkdən həzz aldığınız, sizə “məqsəd” hissi verən bir şeyi etməyi dayandırdığınız zaman sürətlə aşağı enirsiniz. Həmişə ağlınızı məşq etdirin. Kitab oxuyun, yeni yerlərə baxın və ya tapmaca həll edin. Sevdiyiniz fəaliyyətlər beyninizi inkişaf etdirir.

– Sağlam bir bədənə sahib olmaq, xüsusən də ürək sağlamlığını qorumaq üçün mütəmadi olaraq idman etmək lazımdır. Fiziki fəaliyyətlər də hüceyrə mitoxondriyalarının sayını artırır. Bütün araşdırmalar göstərir ki, uzun ömrün ən böyük sirri fiziki fəaliyyətdə gizlənir. Müəyyən bir məşq proqramına əməl etməklə və ya hər gün nizamlı olaraq gəzməklə bədəninizi məşq edə bilərsiniz.

– Bədəninizin sağlamlığını qorumağın ən sadə yollarından biri su içməkdir. Tədqiqatlar göstərir ki, kifayət qədər su içmək kolon xərçəngi və sidik kisəsi xərçəngi riskini azalda bilər. O, həmçinin oynaqları yağlamağa, hüceyrələri nəmləndirməyə və qaraciyər və böyrəklərdən toksinləri çıxarmağa kömək edir. Hər gün 8-10 stəkan su içmək də həzm sisteminin nizamlı işləməsinə kömək edir. Orqanizmdə yığılan ödemi və toksinləri qısa müddətdə xaric edir. Dərinin sağlamlığını da qoruyur. Dərini nəmlə doyurur və daha yavaş yaşlanmasına kömək edir.

–  D vitamini qocalmanın dayandırılmasında mühüm rol oynayır. Ölkəmizdə hər 10 nəfərdən 9-da D vitamini çatışmazlığı var. D vitamini çatışmazlığını kompensasiya etmək üçün günəşdən faydalana və tərkibində D vitamini olan qidaları qəbul etməyə başlaya bilərsiniz.

–  İmmunitetinizi gücləndirmək və orqanizminizin müqavimətini artırmaq üçün hər zaman yüksək vitamin və mineral dəyərli qidalara ehtiyacınız var. Vücudunuzun ehtiyac duyduğu bütün vitaminləri, xüsusən də tərəvəz və meyvələrə əsaslanan porsiyalar yeyərkən qarşılaya bilərsiniz. Çoxlu meyvələr, tərəvəzlər, taxıllar, paxlalılar və bitki mənşəli zülallar kimi qidalar bədəninizi sağlam saxlayır. Daha uzun və sağlam yaşamağınız üçün bədəninizi təmir edir.

– Bədəninizin sağlam yağlara ehtiyacı var. Qoz-fındıq yaxşı yağ, lif və zülal qaynaqlarıdır. Bir araşdırma, ən çox qoz-fındıq yeyən insanların hər hansı bir xəstəlikdən, xüsusən də xərçəng, ürək xəstəliyi və ya tənəffüs xəstəliklərindən ölmə riskinin daha az olduğunu göstərdi. Bu səbəbdən qida rasionunuza sağlam qoz-fındıq daxil etməyiniz tövsiyə olunur. Qəlyanaltılarda 5-6 fındıq istehlakı da bədən müqavimətinizi artırır.

GeroScience jurnalında dərc edilən nəticələr, yüksək dəmir səviyyəsinin və ümumi xolesterinin səviyyəsinin 100 yaşa çatma şansının daha yüksək olduğunu göstərdi.

Latest Posts

Don't Miss