Blog

“Günahsız heyvanı qurban etməyə ehtiyac görmürəm” – Nura Suri

“Quran-i Kərim”i də oxumuşam: Xırdalamaq istəmirəm. İnsan bütün varlıqlardan üstündür deyə, İbrahim peyğəmbər oğlunun yerinə qoyun kəsir. Hər il qoyunlara genosid edin kimi cümlələr yazılmayıb. İnək surəsində də Musa peyğəmbər inəyi insanlar aclıqdan ölməsin deyə, kəsməyə məcbur qalır”.

Bunu müğənni Nura Suri özünün sosial şəbəkə hesabında yazıb. O, Qurban bayramından gileylənərək qeyd edib:

“Bu gün heç kəsi təbrik etməmişəm. Məni tanıyanlar bilir heyvanlara olan münasibətimi. 7-8 ildir ət yemirəm. Qurban olan yerdə bayram necə ola bilər axı? Yaxşılıq etmək üçün günahsız heyvanları qurban etməyə ehtiyac görmürəm. Subyektiv fikrimdir. Əksini yazmasanız da olar.

Qısa yazıram, dərinə getmək istəmirəm. Hərənin bir doğrusu, bir seçimi vardır. Sizin seçiminizə hörmətlə yanaşıram. Siz də eynisini edin. Məni təbrik etməyin, xahiş edirəm”.

Back to top button