Maraqlı

İldırım vurması nəticəsində həlak olan hərbçimiz barədə TƏSİRLİ FAKTLAR- VİDEO

İldırım vurması nəticəsində həlak olan hərbçimizlə bağlı yeni məlumat əldə olunub.

Faciəli şəkildə həlak olan mayor Baxış Baxışlı nişanlı olubmuş.

Qeyd edək ki, hərbçimiz Tərtər rayonundan idi.

Məlumata görə, sözügedən hadisə xidmət vaxtı gecə saatlarında baş verib.

Xatırladaq ki, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər. / Bizim.edia

09:35

Azərbaycanın iki hərbi qulluqçusu ildırım vurması nəticəsində həlak olub.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır. / Oxu.az

Mayor Baxış Elşən oğlu Baxışlı

Əsgər Əli Elşən oğlu Nağıyev

Back to top button