Friday, April 18, 2025



ən son paylaşılan

Şəhid oğlu Dünya Robot Olimpiadasında TARİX YAZDI – Fotolar

Dünya Robot Olimpiadasında tarix yazan Azərbaycanın “Village Boys” komandasının 3 üzvündən biri Hacı Hacıyev Vətən Müharibəsində böyük qəhrəmanlıqlar göstərən şəhid polkovnik-leytenant Abakar Hacıyevin oğludur.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Hacı Hacıyev Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdidir.

O, bu ilin 1-3 sentyabr tarixlərində Bakı şəhərində keçirilən VI Robot olimpiadasında “Future İnnavation” (Junior) kateqoriyası  üzrə I yerə layiq görülüb.

Noyabrın 7-dən 9-dək Panamada keçirilən Dünya Robot Olimpiadasında iştirak edən şəhid övladının da yer aldığı Zaqatalanın “Village boys” komandası 5 qitədən, 84 ölkənin 450 komandasının qatıldığı dünyanın ən böyük Robot Olimpiadasında  “Future İnnovators – Junior” kateqoriyası üzrə 2-ci yeri tutaraq gümüş medal qazanıb.

Xatırladaq ki, polkovnik-leytenant Abakar Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abakar Hacıyev oktyabrın 27-də Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Abakar Hacıyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, bununla bağlı ilk məlumatı Azərbaycan Universitetləri səhifəsi yayıb.

 




Ən çox oxunanlar
Xəbər lenti
66102a20ae61a202404244312
Ələkbər Yasamallının xanımla çəkdiyi video GÜNDƏM OLDU- ailə dağıdan video… VİDEO
661007502125a202404241440
“Paylaşmayın!” – Azərbaycan əhalisinə MÜHÜM XƏBƏRDARLIQ!
660ff1d5261b2202404244301
Fatimə dəbdəbəli villasını NÜMAYİŞ ETDİRDİ – VİDEO
660ff18cab6ef202404244148
Azyaşlı uşağı qətlə yetirən məşqçinin intim yazışmaları… – ŞOK TƏFƏRRÜAT!
660fe3cfbd1c9202404244311
Sabah ilə bağlı XƏBƏRDARLIQ – Yağış yağacaq, səhər saatlarında…
660fccd1a60a2202404240505
UEFA “Qarabağ”a bu qədər ÖDƏNİŞ ETDİ – ŞOK MƏBLƏĞ
660fbce457622202404245708
Türkiyə yenidən SİLKƏLƏNDİ – Dağıntı və tələfat…
660faf88aea68202404240008
Şəhid qızı imtahanda YÜKSƏK BAL TOPLADI
660fa23949889202404240321
Mərkəzi Bankın sədri MÜHÜM QƏRAR İMZALADI

Ən son paylaşılan

ən çox oxunan