Gündəm

Milyarderlərlə birgə itən sualtı qayığın axtarışları film olacaq

Britaniya “Channel 5” telekanalı içərisində milyarderin də olduğu itkin düşən sualtı qayığın axtarışından bəhs edən sənədli film nümayiş etdirəcək.

Axşam.az xəbər verir ki, ekran işinin adı “Titanic Sub: Lost at Sea” olacaq. Filmdə səyahətin təfərrüatları, sərnişinlərin tərcümeyi-halı işıqlandırılacaq.

Qeyd edək ki, hazırda Atlantik okeanının şimal hissəsində itən sualtı nəqliyyat vasitəsinin axtarışları davam edir. Qayıq iyunun 18-də, dalış başlayandan təxminən 1 saat 45 dəqiqə sonra yoxa çıxıb. Orada beş nəfər olduğu bildirilib. “OceanGate Expeditions” şirkəti gəminin yoxa çıxdığını təsdiqləyib. Sualtı qayıq turistləri “Titanik”in batdığı yerə aparırdı. Gəmidə oksigen azalarsa, ekipajın sağ qalma ehtimalı olmayacaq.

Sualtı qayıqda britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, pilot və bələdçi var.

Back to top button