“Qara pantera: Əbədi Vakanda” filmində rol alan meksikalı aktyor Xose Huerta təcavüz iddialarından sonra “Netflix”dən gedib.
Axşam.az xəbər verir ki, aktyor musiqiçi və fəal Mariya Elena Rios tərəfindən cinsi təcavüzdə ittiham olunduqdan sonra “Fiesta en la Madriguera” filmində rol almaq istəməyib. Xose haqqında çıxan iddiaları isə təkzib edib:
“Mariyanın son yalan ifadələrindən sonra filmdən çəkilməkdən başqa yolum yoxdur. Bunu böyük kədər hissi ilə edirəm. Lakin Mariyanın hərəkətinin təkcə mənə deyil, layihədə iştirak edən onlarla istedadlı və zəhmətkeş insanların işinə də xələl gətirməsinə icazə verə bilmərəm”