Sunday, November 24, 2024

Latest Posts

Xanımların NƏZƏRİNƏ: Ən sadiq kişilər bu BÜRClər altında DÜNYAYA GƏLİR

Qadınlar üçün güvən məsələsi çox önəmlidir. Qarşı tərəfə inamla bağlı narahatlıqlar boşanmalara səbəb olur. Buna görə də, ən etibarlı bürclər barədə məlumatlı olmaq sizə yol göstərə bilər.

 

showaz.net xəbər verir ki, Publika.az münasibətlərdə ən sadiq və etibarlı kişilərin hansı bürclər altında doğulduqlarını araşdırıb.

 

Oğlaq:

 

 

Statistikalara görə, Oğlaq ən sadiq bürclərdən biridir. Oğlaq kişisi ailəsinə sədaqəti ilə tanınır. Onlar məqsədlərinə çatmaq üçün əllərindən gələni edirlər və sevdikləri üçün demək olar ki, hər şeyi riskə atmaq potensialına malikdirlər. İstədikləri şeylərdən asanlıqla əl çəkmirlər. Oğlaq kişisi asan aşiq olmaz. Bir dəfə aşiq olduqda isə sevdikləri insana böyük bir bağlılıq hiss edərlər. Bu səbəbdən çox sadiqdirlər. Oğlaq kişisi, eyni zamanda çox nizam-intizamlıdır.

Qız bürcü:

 

Onlar oyun oynamağı sevmirlər. Münasibətdə sabit və sadiqdirlər. Bəzən həddindən artıq tənqidi yanaşmalarına baxmayaraq, onlar həmişə sevdikləri insanın yanında olurlar. Münasibətdə nələrsə yolunda getmirsə, Qız bürcü kişisi bu vəziyyəti düzəltmək üçün əlindən gələni edəcək.

 

Buğa:

 

Buğalar sadiq tərəfdaşlar və dostlar kimi tanınırlar. Onlar kimi seçdiklərinə və kiminlə vaxt keçirdiklərinə xüsusi əhəmiyyət verirlər. Hər insanı yaxına buraxmazlar. Ancaq bir dəfə aşiq oldularsa, asanlıqla vazkeçməzlər. İnadkarlığı ilə tanınan buğalar həm də çox səbirlidirlər. Sizi səbirlə dinləyəcək və xəstələnəndə qayğınıza qalacaq. Həm yaxşı gündə, həm də pis gündə yanınızda olacaq birini axtarırsınızsa, Buğa bürcü kişisi ən yaxşı namizəddir.

Latest Posts

Don't Miss