Gəlirlərinizi artırmaq üçün sizlərlə 6 üsul paylaşırıq.
1. Əl işlərinin satışı
Yaradıcılığınızı işə salıb müxtəlif əl işləri hazırlaya və onu internetdə həm yerli bazar üçün, həm də xarici bazar üçün satışa çıxara bilərsiniz. Məsələn: toxunma çantalar, bəzək əşyaları və s.
2. Konsultasiya xidməti
Mütəxəssisi olduğunuz hər hansı sahə üzrə başqalarına tövsiyələr verərək pul qazana bilərsiniz. Məsələn: əgər siz mühasibatlıq üzrə yaxşı biliklərə sahibsinizsə müxtəlif şirkətlər üçün konsultasiya xidməti göstərə bilərsiniz.
3. Tərcümə xidmətləri
Yaxşı bildiyiniz xarici dil üzrə müxtəlif sənədlərin tərcüməsi, yazılması xidmətini göstərə bilərsiniz. Həmçinin xarici turistlərlə danışaraq onlara bələdçilik edib gündəlik kifayət qədər yüksək qazanc əldə edə bilərsiniz.
4. Öyrədərək qazanın
Geniş təcrübəyə malik olduğunuz sahə üzrə təlimlər keçə bilərsiniz.
5. Kriptovalyuta ilə qazanmaq
Kriptovalyutalar haqqında yəqin ki, eşitmisiniz. Bu sahəni dərindən araşdırdıqdan və təcrübə topladıqdan sonra kiçik yatırımlar edib böyük pullar qazanmaq mümkündür. Həmçinin səhmlərin alış-satışı üzrə də məşğul ola bilərsiniz.
6. Sosial şəbəkələrdən istifadə edərək qazanmaq
TikTok, İnstagram və digər bu kimi sosial şəbəkələrdə səhifələr yaradıb, insanlara maraqlı ola biləcək məzmun hazırlayaraq paylaşa bilərsiniz. İnsanlar sizin məzmunlarınızı izləyəcək, siz isə səhifənizə geniş izləyici topladıqdan sonra reklam yerləşdirərək gəlir qazana bilərsiniz.