Saturday, November 23, 2024

Latest Posts

Bakının ən bahalı ginekoloqlarının qeysəriyyə qiymətləri – SİYAHI

Azərbaycanda son illər bahalaşan tibbi xidmətlərdən biri də qeysəriyyə əməliyyatlarıdır. İcbari tibbi sığorta hələ tam qüvvəyə minməzdən öncə özəl klinikalar demək olar, doğuş və qeysəriyyə sahəsini tam ələ ala bilmişdi.

Buna səbəb dövlət xəstəxanalarında pulsuz qeysəriyyənin adının olub özünün olmaması, doğum evlərindəki şəraitsizlik, nəzərdə tutulmayan xərclərin çıxması, yaxşı həkimlərin özəl klinikalaracəlb olunması idi.
Belə ki, özəl klinikalarda qeysəriyyəyə gələn ailə bir dəfə kassaya pulunu ödəyir, 3 gün ərzində heç kimə pul vermir, ananın yeməyi, uşağın qidası və pampersinə kimi hər şeyi klinika təmin edir.
Pandemiyadan öncə qeysəriyyə əməliyyatının qiyməti maksimum 1500 manat idi.
Showaz.net Medicina.az-a istinadla Bakıda məşhur həkimlərin qeysəriyyə əməliyyatının qiymətlərini təqdim edir:
1.Uzman mama-ginekoloq Turab Canbaxışov. Onun əməliyyatının qiyməti 4000-5000 manat arasında dəyişir.


O, “Liv Bona Dea” İnternational Hospitalın mama-ginekologiya şöbəsinin rəhbəridir. Eyni zamanda Tədris Cərrahiyyə Klinikasında çalışır.
“Tədris Cərrahiyyə”də isə əməliyyatın qiyməti 2000 manatdır.
2. Uzman mama-ginekoloq Samirə Tağıyeva – Liv Bona Dea. O, burada qeysəriyyə əməliyyatını 2500 AZN-ə, digər iş yerində – “Oksigen” klinikasında isə 1500 manata edir.


3. Vüsal Mehtiyev – DTX hospitalı – 2500 AZN. Analiz paketə daxil deyil. Vusal doktor da tanınmış cərrah-ginekoloqdur. 3 il əvvələ kimi Qeysəriyyəni 1700 manata edirdi.


4.Aytən Səfərova, cərrah-ginekoloq – 2400-2500 AZN
Sonsuzluq və süni mayalanma mərkəzi var.


5.Elnurə Mustafayeva, uzman cərrah, mama-ginekoloq – 2100 manat.


Özəl Sonsuzluq mərkəzi var.
6.Mahirə İsmayılova, tibb elmləri namizədi, mama-ginekoloq – Mərkəzi Klinikada şöbə müdiridir -1800-1900 manat (analiz paketi daxil deyil)

Mərkəzi Klinikada qiymət həkimdən asılı olaraq dəyişir.


7.Sədi Allahverdiyev -tibb elmləri doktoru, cərrah ginekoloq – 1850 manat (analiz paketi daxil deyil). Mərkəzi Gömrük Hospitalında ginekologiya şöbəsində çalışır.


8.Kamran Nağıyev – cərrah ginekoloq, “Liv Bona Dea” – 1760 manat. Bura analiz paketi daxil deyil.


9.Natiq Məhərrəmov, cərrah, mama-ginekoloq – 1700 manat (hər şey daxil). “Leyla Medikal Center”də çalışır.


10.Alik Qurbanov – “Baku Medikal Plaza” ginekologiya şöbəsinin rəhbəri. Hər şey daxil 1630 manat.


O, Azərbaycanın ən güclü cərrahlarındandır, qiyməti də bu onluqda təcrübəsi və şöhrətinə rəğmən, ən insaflıdır.
Qeyd edək ki, qiymətlər tək döl hamiləlik üçündür. Əkiz olduqda, qiymət 30% yüksək olur.
Aparılan araşdırma bəzi özəl klinikalarda doğuş və qeysəriyyə qiymətlərinin əlçatan olduğunu göstərir.
Bəzi özəl klinikalarda əgər hamilə adlı-sanlı həkim seçməyəcəksə, klinikanın standart paketindən istifadə edəcəksə, qiymətlər 1000-1200 manat arası dəyişir.
Məsələn, Baku Medikal Plazada 1500-1600 manata da keysəriyyə edilir.
Qiymətinə görə digərlərindən sərfəli qeysəriyyə əməliyyatının icra olunduğu klinikalardan biri də Caspian İnternational Hospitaldır. Burada qeysəriyyə paketi – əməliyyat, spinal anesteziya, 2 gün ana və övladın yatışı, dərman və sərfiyyat, qidalanma 1000 manata başa gəlir. Kifayət qədər yaxşı şəraiti, peşəkar kadrları olan tibb ocağında əməliyyat öncəsi doğuş paketi 145 manatdır.

Latest Posts

Don't Miss