Şəbnəm Tovuzlu öz geyimini görərək qərar verib.
İfaçı bütün dar lasinlərini atıb.
Bu barədə o, “Rəngarəng Səhər” proqramında danışıb:
“Bir müddət əvvəl bir geyimdə özümü görəndən sonra bütün dar lasinlərimi, qısa “top”larımı yığdım. Mahirə xalaya dedim ki, bunları götürün, istəyirsiniz atın, istəyirsiniz kiməsə verin, ya da yandırın. Bir daha elə geyinməyəcəyəm. Bu, mənə dərs oldu. Bundan sonra xanım-xatın, sənətçiyə yaraşan geyimlərdə məni görəcəksiniz. May ayının 27-si baş tutacaq konsert üçün də çox gözəl geyimlər hazırlanıb”. (yenisabah.az)