Monday, June 16, 2025



ən son paylaşılan

Bu şəxslərə tum çırtlamaq OLMAZ – Tərkibində olan maddələr, sən demə…

Tum çırtlamaq qəribə bir asılılıq, bağlılıqdır. Əgər masada tum varsa, onu bitirmədən dayana bilmirsən. Günəbaxan tumlarına belə tələbat, orqanizmin tələbatı, insanın tum qarşısında iradəsizliyinin səbəbini alimlər bədəndə vitamin, mineral çatışmazlığı ilə əlaqələndirir. Yəni əgər günlərlə tum çırtlamaq istəyirsizsə, bu tələbatı ödəyin.

Redaktor.az xəbər verir ki, yağlı günəbaxan tumları E vitamini ilə zəngindir, bu vitamin uzun ömür, sağlamlıq, seksual aktivliyin vitaminidir. Yarım stəkan tum sutkalıq E vitamini dozasını ödəyir. Bir şərtlə ki, tumlar keyfiyyətli, çiy, həmçinin duzsuz olsun.

Hazırda marketlərdə satılan dəniz duzlu, duzlu, çox qovrulmuş, quru tumlar isə demək olar ki, faydadan çox zərər verir.

Belə ki, tumda olan duz böyrək, ürək, hormonal problemləri olan insanlarda ödem yaradır, bədəndə duzun miqdarını artırır, susuzlaşma yaradır, mineral balansını pozur, təzyiqi qaldırır, bir çox fəsadlar verə bilər. Xüsusən azyaşlı uşaqlara gündə 50-100 qr duzlu tum çırtlamaq, sutkalıq duz miqdarını dəfələrlə aşır və onların orqanizmi üçün ciddi yükdür.

Keyfiyyətli tumların faydaları:

– Artıq toksin, şlakları çıxarır

– Dərialtında kollagen sintezini artırır, qırışları azaldır

– Onkoloji xəstəliklərin profilaktikası

– Ürək damar sistemini möhkəmlədir

– – D vitamini ehtiyatı verir

– Əhvalı yaxşılaşdırır

– Beyni aktivləşdirir

Kimlərə zərərlidir:

– Gecə çıtlamaq olmaz

– Qaraciyər piylənməsi

– Öd, öd yolları diskiniziyası

– Mədə və mədəaltı vəz xəstəlikləri olanlara əks göstərişdir.

Baku TV xəbər verir ki, stomatoloqların fikrincə, günəbaxan tumu dişlə qırılarkən sərt qabığı diş minasına zərər verə, hətta bəzi hallarda çatlamalara və ya qırılmalara səbəb ola bilər.

Tumların davamlı şəkildə dişlə qırılması damaqlarda qıcıqlanma və hətta zədələnmələrlə nəticələnə bilər. Bundan əlavə, tumların qalıqları damaq ciblərində qalıb iltihablanmalara yol aça bilər.

Günəbaxan tumunun tərkibində təbii yağlar olsa da, ləzzət artırmaq üçün əlavə olunan duzlar və digər dadlandırıcılar ağızda turşu səviyyəsini artıraraq diş minasını zəiflədə bilər. Bu isə dişlərin çürüməsinə şərait yaradır.

Diş həkimləri günəbaxan tumunu dişlə qırmaq əvəzinə, əllə təmizləməyi məsləhət görürlər. Bundan əlavə, tum yeyildikdən sonra ağız gigiyenasına xüsusi diqqət yetirmək və dişləri yaxşıca fırçalamaq lazımdır.

Sağlam dişlər üçün ağız gigiyenasını qorumaq və zərərli vərdişlərdən uzaq durmaq tövsiyə edilir.


Ən son paylaşılan

ən çox oxunan