Sunday, June 15, 2025



ən son paylaşılan

Gənc qadının kənd istirahəti kabusa çevrildi – Kürəyində görün nə tapdılar… Mütəxəssislər XƏBƏRDARLIQ ETDİ

Türkiyənin Eskişehir şəhərində bayram tətilində kəndə istirahətə gedən qadının başına gözlənilməz bir hadisə gəlib.

Milli.Az yerli mətbauata istinadən xəbər verir ki, kənd ərazisinə gedən qadının belinə gənə yapışıb. Əvvəlcə sızanaq olduğunu düşünsə də, sonra qorxu dolu anlar yaşayıb.

Serpil Oral adlı qadın kürək nahiyəsində hiss etdiyi çıxıntını əvvəlcə sızanaq zənn edib. Yaxından baxdıqda isə bunun gənə olduğunu anlayıb və dərhal xəstəxanaya üz tutub.

Gənə sağ çıxarıldı, zəhərli olmadığı müəyyən edildi

Hadisə Kurban Bayramı zamanı baş verib. 56 yaşlı Fevzi Oral və 39 yaşlı həyat yoldaşı Serpil Oral bayram günlərində Eskişehirdə yerləşən hobi bağlarına istirahətə gediblər. Tətil dönüşü evə qayıdarkən Serpil kürəyində bir çıxıntı hiss edir və sızanaq olduğunu düşünür.

Lakin vəziyyət düşündüyü qədər sadə deyildi – çıxıntıya diqqətlə baxdıqda onun bir gənə olduğunu başa düşür. Qısa müddətli panik yaşayan qadın dərhal xəstəxanaya müraciət edir. Həkimlərin müdaxiləsi ilə gənə bədənindən təhlükəsiz şəkildə çıxarılır.

Peyvənd vuruldu – təhlükə sovuşdu

Həkimlər tərəfindən edilən ilkin müayinə zamanı gənənin zəhərsiz olduğu müəyyən edilir. Bununla belə, hər ehtimala qarşı Serpil Orala profilaktik peyvənd vurulur.

Mütəxəssislər xəbərdarlıq edir: “Kənd ərazilərində diqqətli olun”

Həkimlər xüsusilə yaz və yay aylarında kənd ərazilərində və hündür otlu sahələrdə istirahət edən vətəndaşlara gənəyə qarşı ehtiyatlı olmalarını tövsiyə edir. Əgər bədəndə bilinməyən bir çıxıntı, şişkinlik və ya tünd ləkə müşahidə edilərsə, dərhal müayinə üçün tibb müəssisəsinə müraciət olunmalıdır.


Ən son paylaşılan

ən çox oxunan