Saturday, June 14, 2025



ən son paylaşılan

Müraciət etməyənlərin bank hesabındakı PULLARI LƏĞV OLUNACAQ – SON TARİX…

Türkiyədə 10 il ərzində heç bir əməliyyat aparılmayan bank hesablarındakı vəsaitlər TMSF-yə (Tasarruf Mevduatı Sigorta Fonu) təhvil veriləcək.

News24.az xəbər verir ki, son müraciət tarixi sabahdır.

TMSF-nin rəsmi internet saytında adı siyahıda olan şəxslər, şəxsiyyət vəsiqələri ilə bank şubələrinə müraciət edərək unutduqları pulları geri ala bilərlər. Əks halda, həmin vəsaitlər avtomatik olaraq fonda köçürüləcək.

Qeyd edək ki, ötən il bu yolla 507 milyon lirə TMSF-yə təhvil verilib. Banklar vətəndaşlara ən geci sabah saat 17:00-dək müraciət etməyi tövsiyə edir.


Ən son paylaşılan

ən çox oxunan