Tel-Əviv küçələri hazırda belə görünür.
23:17
İsrailə zərbələrin ən dəqiq görüntüləri yayılıb:
22:58
İran ordusu İsrailə məxsus iki F-16 və bir neçə PUA-nın məhv edildiyini təsdiqləyib.
Ordudan verilən məlumata görə israilli qadın pilot da SEPAH qüvvələri tərəfindən əsir götürülüb.
——-
22:52
İran tərəfindən buraxılmış bir neçə raket İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasına dəyib.
Bu barədə İranın dövlət agentliyi IRNA məlumat yayıb.
——–
İran İsrailə raket hücumuna başlayıb.
İran İsrailə qarşı həyata keçirdiyi əməliyyata “Sərt cəza” adını verib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə təxminən 200 ballistik raket atıb.
İsrail ilk mərhələdə atılan 100 ballistik raketin 50-sini vurub. “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi kütləvi hücumu tam şəkildə dəf edə bilməyib. İlkin məlumatlara görə, raket zərbələri ölkənin mərkəzində azı yeddi bölgədə qeydə alınıb.
Milli.Az