Friday, June 13, 2025



ən son paylaşılan

SON DƏQİQƏ! Dəhşətli təyyarə qəzası: Xeyli ölən var – VİDEO

14:38

Təyyarədə ümumilikdə 242 nəfər olub. Onlardan 11-i uşaq idi.

——-

13:58

Hindistanda təyyarə qəzası nəticəsində 40 nəfər həlak olub.

Hindistanın Baş naziri Narendra Modi mülki aviasiya xidmətinin rəhbəri ilə hadisənin təfərrüatlarını müzakirə edib.

——-

13:41

Hindistanda baş vermiş təyyarə qəzası nəticəsində 30 nəfərin həlak olduğu bildirilir.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı “News18” telekanalı yayıb.

Məlumata görə, ölkənin Baş naziri Narendra Modi, hadisənin təfərrüatları ilə tanış olmaq məqsədilə mülki aviasiya xidmətinin rəhbəri ilə xüsusi görüş keçirib.

Qəzanın səbəbləri və digər detallarla bağlı araşdırma aparılır. Rəsmi qurumlar tərəfindən əlavə məlumatın verilməsi gözlənilir.

****

Xəbər verdiyimiz kimi, Hindistanın Əhmədabad şəhərində hava limanının yaxınlığında 200-dən çox sərnişinin olduğu təyyarə qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, qəzanın anbaan görüntüləri paylaşılıb.

Hadisə bu gün səhər saatlarında baş verib. Əhmədabaddan Londona uçan “Air India” hava yollarına məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra Meghani Nagar adlı ərazidə yerə çırpılıb.

Hazırda ölən və ya sağ qalanların sayı ilə bağlı rəsmi məlumat verilməyib.


Ən son paylaşılan

ən çox oxunan