Friday, June 13, 2025



ən son paylaşılan

Duşdan sonra edilən ƏN BÖYÜK SƏHV – Sən demə, bakteriyalar…

Harvard Universitetinin doktoru Saurabh Sethi sosial media hesabında yaş saçla yatmağın ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Duşdan sonra saçların mütləq qurudulması lazım olduğunu ifadə edən Doktor Sethi, ”Saçları yaş qoymaq həm saç dərisinə, həm də saç tellərinə ciddi zərər verə bilər” deyib.

News24.az xəbər verir ki, Dr. Sethi nəm baş dərisinin göbələk və bakteriyaların böyüməsi üçün ideal bir mühit təmin etdiyini, bunun da kəpək və ya seboreik dermatit kimi problemlərə səbəb ola biləcəyini söyləyib. Bu xəstəliklər baş dərisində qaşınma və saç tökülməsinə də səbəb ola bilər.

Mütəxəssis, yaş saçın sızanaq kimi dəri problemlərini tətikləyə biləcək mühitlər yaratdığını vurğulayıb.

Eyni zamanda, nəm bir yastıq bakteriya istehsalı üçün uyğun bir mühit ola bilər. Bu, dəridə yağlanma, məsamələrin tıxanması və iltihab kimi problemlərə gətirib çıxarda bilər. Mütəxəssislər üzə dəyən saçların quru və təmiz olması lazım olduğunu, saçların üzə dəyməyəcək şəkildə bağlanmasının ən düzgünü olduğunu bildirirlər.


Ən son paylaşılan

ən çox oxunan