Övladlığa götürülən uşaqlara görə aylıq müavinət verilir.
Metbuat.az-ın məlumatına görə, valideynlərini itirmiş və ya himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, eləcə də 18 yaşınadək əlilliyi olan uşağı övladlığa götürən şəxslərə aylıq müavinət təyin olunur.
Qanuna görə, 2021-ci il yanvarın 1-dən sonra məhkəmə qərarı ilə övladlığa götürülən uşağa görə 200 manat, əlilliyi olan uşağa görə isə 600 manat məbləğində müavinət ödənir.
Müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək verilir.