Opera ifaçısı və pedaqoq Taleh Yahyayev müğənni Əli Mirəliyev haqda sensasion açıqlamalar edib.
Qlobal.net xəbər verir ki, Yahyayev Mirəliyevin musiqi təhsili olmadığını və müğənni çatışmazlığından onu ifaçı kimi qəbul edildiyini bildirib:
“Özü ona-buna irad tutur, amma özü oxuya bilmir. Onun bir-iki mahnısını eşitmişəm, onlar da o vaxtın ara mahnısı sayılır. “Dan ulduzu”nda ifa etmək elə bir sensasiya deyildi. O vaxt müğənni çatışmazlığı olub. Onun heç musiqi təhsili yoxdur. O da həvəskar olaraq gəlib səhnəyə. Bir-iki xanım müğənni ilə duet oxuyub, onlarla bir az ugur qazanıb”.
Mirəliyevin efir danışığını tənqid edən pedaqoq bildirib ki, Bakı küçələrində danışılan ləhcə ilə efirdə danışmaq olmaz: “Danışanda mədəniyyətdən danışır. Amma efirdə “ala”, “nöşün ala” ilə danışır”.