Friday, June 13, 2025



ən son paylaşılan

Bu peşədə işləyənlərə XƏBƏRDARLIQ! Xərçəngə yoluxa bilərsiniz – ARAŞDIRMA APARILDI

İngiltərənin aparıcı həmkarlar ittifaqlarından biri olan GMB bəzi peşə sahələrində çalışan şəxslərin sidik kisəsi xərçəngi riski ilə daha çox üzləşdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, həmkarlar ittifaqının son üç ildə xəstəliyə yoluxan üzvləri üzərində apardığı araşdırmalar göstərib ki, sidik kisəsi xərçəngi hallarının təxminən 6 faizi iş yerində kimyəvi maddələrə məruz qalmaqla əlaqəlidir. Mütəxəssislər bu nəticələrin təhlükəli iş mühitinə diqqət yetirilməsinin vacibliyini bir daha gündəmə gətirdiyini bildiriblər.

NTV-nin “The Mirror”a istinadən verdiyi məlumata görə, aşağıdakı peşə sahələrində çalışan şəxslər bu xərçəng növünə daha çox meyllidirlər:

Səhiyyə işçiləri

Sürücülər

Təmizlik işçiləri

Rəssamlar

Bərbərlər

Qida istehsalı ilə məşğul olanlar

Bu şəxslər iş zamanı müxtəlif kanserogen maddələrlə daha çox təmasda olduqları üçün daha böyük risk altındadırlar.

Böyük Britaniyanın Xərçəng Araşdırmaları Mərkəzinin məlumatına görə, ölkədə hər il təxminən 10,500 yeni sidik kisəsi xərçəngi hadisəsi qeydə alınır. Bu isə gündə orta hesabla 29 yeni xəstə deməkdir. Bu növ xərçəng kişilərdə yeddinci, qadınlarda isə on yeddinci ən çox rast gəlinən onkoloji xəstəlikdir.

Sidik kisəsi xərçənginin ən çox rast gəlinən simptomu sidikdə ağrısız qan olmasıdır. Bu qan parlaq qırmızı, çəhrayı və ya bəzən kola rəngində ola bilər. Digər əlamətlərə isə aşağıdakılar daxildir:

Tez-tez sidiyə getmək

Qəfil tələsik sidiyə çıxma hissi

Sidik zamanı yanma və sancma

Qasıq və ya bel nahiyəsində ağrı

Sümük ağrıları

Ayaqlarda şişkinlik

İstəmədən arıqlama

Əgər bu peşələrdə çalışırsınızsa və ya bu əlamətləri hiss edirsinizsə, mütləq şəkildə həkimə müraciət edin. Erkən diaqnoz və profilaktik tədbirlər həyatınızı xilas edə bilər.


Ən son paylaşılan

ən çox oxunan