Tuesday, June 10, 2025



ən son paylaşılan

Bu şəxslər QƏTİ buzlu su İÇMƏSİN – Mütəxəssis XƏBƏRDARLIQ ETDİ

Buzlu içkilər mədə-bağırsaq xəstəliklərini ağırlaşdıra bilər.

Yenisabah.az xəbər verir ki, bunu “Moskva 24” telekanalına rusiyalı dietoloq Yevgeni Arzamastsev deyib.

Onun sözlərinə görə, içkilərin tərkibindəki buz mədə-bağırsaq traktında qan dövranını ləngidir. Bu səbəbdən qidaları parçalayan həzm fermentlərinin işi pisləşir.

Bu sağlam insana zərər verməyəcək. Lakin mədə-bağırsaq traktının iltihabi xəstəlikləri: qastrit, xoralar, həmçinin öd kisəsində iltihab olan şəxslərə buzlu içkilər tövsiyə edilmir. Əks təqdirdə, xəstəliklər daha da ağırlaşa bilər./BAKU.WS


Ən son paylaşılan

ən çox oxunan